...

Bərdədə tarixi abidənin təmirə ehtiyacı var

Cəmiyyət Materials 27 Fevral 2007 13:24 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Bərdə rayonunun Şirvanlı kəndində 18-19-cu əsrə məxsus olan hamamın təmirə ehtiyacı var. Bərdə rayon Mədəniyyət və Turizm İdarəsinin rəisi Soltan Hüseynovun verdiyi məlumata görə, sözügedən hamamın tarixi abidə olmasına baxmayaraq, şəxsi həyətin ərazisində olduğu üçün onu təmir etmək mümkün deyil. Bunun ancaq bir yolu var ki, o da mütləq ərazidə yaşayan ailəni çıxartmaqdır. S.Hüseynov onu da bildirib ki, həmin ailəyə köçürülmə ilə bağlı dəfələrlə müraciət olunsa da, hələlik heç bir müsbət cavab yoxdur. Bərbad vəziyyətdə olan hamamı həmin ailə yararsız vəziyətə salıb.

Qeyd edək ki, tarixi hamam Azərbaycanın xalq artisti Ramiz Quliyevin babasına məxsusdur. Ötən

əsrin ortalarına kimi sakinlər hamamdan istifadə edə bilirdilər.

Xəbər lenti

Xəbər lenti