...

"Qarşılıqlı anlaşma və tolerantlığın təşviqində KİV-in rolu" adlı beynəlxalq konfransın proqramı hazırlanır

Cəmiyyət Materials 27 Fevral 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend E.Hüseynov/26-28 aprel tarixində Bakıda keçiriləcək "Qarşılıqlı anlaşma və tolerantlığın təşviqində KİV-in rolu" adlı beynəlxalq konfransın proqramı və gündəliyi hazırlanır. Bu barədə XİN-in çap və informasiya siyasəti idarəsinin katibi Xəzər İbrahim məlumat verib.

Konfransın təşkilatçıları Azərbaycan XİN-i və İslam Konfransı Təşkilatıdır (İKT).

Konfransın il iki günündə forum keçiriləcək. Konfrans çərçivəsində aşağıdakı istiqamətlər üzrə sessiyalar keçiriləcək:çağırışlar-qarşılıqlı anlaşma problemləri, qarşılıqlı anlaşmada dözümlülük metod kimi, dövlətlər arasında və vətəndaş cəmiyyətində qarşılıqlı anlaşma, təhsil.

Hər bir sessiyanın sonunda xülasələr hazırlanacaq ki, sonda bunlar Konfransın yekun sənədində birləşdiriləcək.

Konfransı Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və İKT-nin baş katibi Ekmələddin İhsanoğlu açacaq.

Malayziyanın keçmiş baş naziri Maxatir Muhəmməd və Sloveniyanın xarici işlər naziri Dmitri Rupel foruma katiblik edəcəklər.

Forumun işində təqribən 150 şəxsin iştirakı gözlənilir.

Onların arasında ATƏT-in demokratiya və insan haqları bürosunun direktoru Kristian Ştroxal, Aİ-nin ali komissarı Xavyer Solana, ATƏT-in azad mətbuat üzrə xüsusi təmsilçisi Mikloş Xaraşti olacaq.

Tədbir iştirakçıları arasında Amerika, Avropa, Asiya, müsəlman ölkələrinin təmsilçiləri, həmçinin SNN, BBC, İTAR-TASS, "Sinxua", "Fiqaro" qəzeti, "Vaşinqton post", "Di Tsayt", "El Pais" kimi dünya KİV-lərinin rəhbər şəxsləri təmsil olunacaqlar.

Forum çərçivəsində iştirakçıları Azərbaycanın bölgələrinə səfərləri planlaşdırılıb. Burada iştirakçılar alman, yəhudi, rus, musəlman və başqa icmalara məxsus əhalinin kompakt yaşadığı yerləri görmək imkanı qazanacaqlar.

Xəbər lenti

Xəbər lenti