...

Avropa Şurasının Qafqaz tarixi dərsliyini nəşr etməsi qeyri - müəyyən müddətə təxirə salıb

Cəmiyyət Materials 27 Fevral 2007 15:25 (UTC +04:00)

Gürcüstan, Tbilisi/ Trend müxbir N.Kirtsxalia/ Qafqaz tarixi dərsliyinin nəşri Azərbaycanla Ermənistan arasında olan ziddiyyətlərə görə qeyri- müəyyən müddətə təxirə salıb. Trend in Tbilisidəki xüsusi müxbirinin Gürcüstanın Elm və Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, dərsliyin nəşr olunması layihəsini Avropa Şurası maliyyələşdirir.

Gürcüstan Avropa Şurasına tarixə aid materialları hələ ilyarım əvvəl verib, Azərbaycan və Ermənistan isə hələ verməyib. Səbəb onların bir-birilə erməni "soyqırımı" məsələsinə görə razılaşmamalarıdır.

Dərslik hələ keçən il nəşr olunmalıydı, ancaq qeyd edilən səbəblərə görə, Avropa Şurası layihənin reallaşdırılmasını təxirə salıb.

Xəbər lenti

Xəbər lenti