...

UNİCEF Azərbaycanda qrip pandemiyasına hazırlıq üzrə seminarlar seriyasına başlayıb

Cəmiyyət Materials 27 Fevral 2007 15:27 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/UNİCEF Azərbaycanda qrip pandemiyasına hazırlıq üzrə seminarlar seriyasına başlayıb. Bununla əlaqədar Bakıda qripin pandemiyası ilə bağlı mümkün fövqaladə vəziyyət zamanı ictimaiyyət və KİV-lə əlaqəyə həsr olunmuş üç günlük simpoziumu işinə başlayıb. Simpoziumun işində nazirlik və idarələrin (Səhiyyə, Kənd Təsərrüfatı, Ekologiya, Gənclər və İdman, Fövqaladə Hallar, Nazirlər Kabineti) sanitar-epidimiologiya və məlumat xidmətlərinin rəhbərləri, həmçinin KİV iştirak edib.

Simpozium UNİCEF tərəfindən Dünya Bankı, Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə və Yaponiya hökumətinin maliyyə dəstəyi ilə təşkil olunub.

Belə seminarlar həmçinin Ukrayna, Moldova, Özbəkistan, Qazaxıstan və Tacikistanın dövlət idarələrinin işçiləri üçün də keçirilir.

Xəbər lenti

Xəbər lenti