...

Sankt-Peterburqda Xocalı soyqırımının 15 illiyi geniş mərasimlə qeyd olunub

Cəmiyyət Materials 27 Fevral 2007 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Xocalı soyqırmının 15-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə Sankt-Peterburq şəhərinin Beloselskix-Belozerskix sarayında böyük tədbir keçirilib. Tədbirə Böyük Vətən müharibəsi, Leninqrad mühasirəsi veteranları, şəhər və vilayət rəsmiləri, elm, təhsil, incəsənət, mədəniyyət xadimləri, müxtəlif ictimai təşkilatların-alman, xorvat, tatar, yəhudi, ukrayna, özbək, inquş diasporları başçıları, milli-mədəni muxtariyyətin rəhbərliyi, soydaşlarımız da olmaqla 550 nəfər qatılıb.

Mərasim Xocalı Soyqırımı ilə bağlı rus və Azərbaycan dillərində şerlərin səsləndirilməsi ilə başlayıb, iştirakçılara XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırmı barədə ətraflı məlumat verilib, erməni vəhşiliklərini əks etdirən sənədli film nümayiş olunub. Filmin nümayişindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırmının 15 ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti oxunub. Sonra Azərbaycanın Baş Konsulu Qüdsi Osmanov çıxış edərək Xocalı soyqırımı barəsində danışıb, diasporumuzun birləşərək güclü bir qüvvəyə çevrilməsinin, işğal altındakı ərazilərimizin düşməndən azad edilməsinin vacibliyindən söz açıb.

Tədbirdə iştirak edən digər natiqlər-milli mədəniyyət muxtariyyətin sədri V.Məmişov, Sankt-Peterburq şəhərinin Millətlər Liqasının prezidenti H.Tsakiyev, Sankt-Peterburq dövlət universitetinin müəllimləri A.Fərzəliyev, D.Savin, "Qarabağ beynəlxalq Assosiasiyasının prezidenti R.Ağayev, milli-mədəni muxtariyyətin fəal üzvü M.Həsənov, Kolpin rayonunun rəsmisi A.Andreyev öz çıxışlarında Xocalı soyqırmının amansızlığına görə bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndiriblər.

Mərasim iştirakçıları Xocalı soyqırımına hüquqi qiymətin verilməsi tələbi ilə beynəlxalq təşkilatara - BMT, ATƏT, Avropa Şurasına göndərilməsi üçün bəyanət qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti