...

N.Məhərrəmli: "ANS-in yayımlandığı tezliyə elan olunmuş müsabiqədə əvvəlki vəziyyət təkrarlana bilər"

Cəmiyyət Materials 27 Fevral 2007 18:05 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.İlhamqızı/ANS-in yayımlandığı tezliyə elan olunmuş müsabiqədə hələ ki, heç bir iştirakçı yoxdur və tenderlə bağlı əvvəlki vəziyyət yenə təkrarlana bilər. Bu barədə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

N.Məhərrəmli AŞPA həmməruzəçisi Toni Lloydun ANS-in bağlanması və sonra tezliyinə tender elan olunmasının hökumətin kanala qarşı inzibati təzyiq metodu kimi qiymətləndirməsinə də münasibət bildirib. N.Məhərrəmli bildirib ki, ANS-lə bağlı məsələnin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə aidiyyatı yoxdur: "Teleradio Şurası müstəqil qurumdur və dövlətin bizim üzərimizdə təzyiqləri yoxdur. Həmçinin biz də hansısa telekanala qarşı inzibati təzyiq metodlarından istifadə etmirik. ANS-lə bağlı vəziyyət aydındır - qanuna əsasən müsabiqədə 3 nəfər iştirakçı olmadığına görə biz, nəticələri məqbul saymadıq. "Təəssüf edirəm ki, indi də müsabiqədə hələlik heç bir iştirakçı yoxdur".

Xəbər lenti

Xəbər lenti