...

DAK sədri: "DAK-ın IX qurultayını iyul ayında İstanbulda keçirməyi nəzərdə tuturuq"

Cəmiyyət Materials 28 Fevral 2007 13:52 (UTC +04:00)
DAK sədri: "DAK-ın IX qurultayını iyul ayında İstanbulda keçirməyi nəzərdə tuturuq"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresi (DAK) IX qurultayının vaxtı növbəti dəfə təxirə salındı. Bu barədə Trend ə DAK-ın sədri Cavad Derəxti məlumat verib.

Qeyd edək ki, DAK-ın 9-cu qurultayının 2006-ci ilin dekabrında keçirilməsi planlaşdırılmışdı. Lakin ilin sonunda qurultayın vaxtı təxirə salındı və bu il mayın 28-nə təyin edildi. Cavad Derəxti qeyd edib ki, qurultayın mayın 28-də İstanbul şəhərində keçirilməsinə qərar verilərkən Türkiyədə keçiriləcək prezident seçkiləri nəzərə alınmamışdı: "Həmin vaxtda Türkiyə mediasının, ictimaiyyətinin bütün diqqəti seçkilərə yönələcək. Biz istəmirik ki, DAK-ın qurultayı kölgədə qalsın. Çünki bu il DAK-ın yaradılmasının 10 ili tamam olur. 10 illik yubileylə IX qurultay eyni vaxta təsadüf edir, ona görə də bu qurultayı ən yüksək səviyyədə keçirməliyik"-deyə C.Derəxti qeyd edib.

DAK sədri əlavə edib ki, IX qurultay bu il yay aylarında İstanbulda keçiriləcək. Bu qurultaya Azərbaycan və Türkiyə prezidentləri də dəvət olunacaq. C.Derəxtinin sözlərinə görə, qurultayın iyul ayında keçirilməsi nəzərdə tutulur.

DAK sədri martın 9-da Bakıda keçiriləcək Azərbaycan-türk diasporlarının I Forumunda da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti