...

Azərbaycanın yunan-roma güləşi üzrə komandası Daşkəndə yola düşüb

Cəmiyyət Materials 28 Fevral 2007 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ müxbir Trend Z. Səfərov/Azərbaycanın yunan-roma güləşi üzrə komandası yaxın günlərdə Qran-Pri turniri seriyasında iştirak etmək üçün Daşkəndə yola düşüb. Azərbaycan yığmasının baş məşqçisi Elçin Cəfərovun verdiyi məlumata görə, heyətə Azərbaycanın keçən ilki ən yaxşı idmançıları Rövşən Bayramov, Cavid Abdullayev (hər ikisi 55 kq.), 2005-ci il Avropa çempionu Vitali Rəhimov, bürünc medallı Fuad Əliyev (hər ikisi 60), hərbiçilər arasında dünya çempionu Elbrus Məmmədov ( 66 kq) və zədədən sonra bərpa olunan İlqar Abdulov ( 74 kq) daxil edilib. Afinada olimpiya çempionu olan Fərid Mənsurovun da Daşkənddə çıxış edəcəyi gözlənilirdi, lakin son məşqlər zamanı bacarıqlı pəhlivan dizindən ciddi zədə alıb və hazırda müalicə kursu keçir.

Xəbər lenti

Xəbər lenti