...

Fiqurist Daniil Privalov Obersdorfda iyirmi üçüncü nömrə ilə çıxış edəcək

Cəmiyyət Materials 28 Fevral 2007 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Azərbaycan yığmasının fiquristi Daniil Privalov Obersdorfda başlanan gənclər arasında dünya birinciliyində iyirmi üçüncü nömrə ilə çıxış edəcək.

Trend xəbər verir ki, idmançı Polşadan olan Matsey Çepluxa, Ermənistanı təmsil edən Tiqran Vardanyan, koreyalı Min Sek Kim, Finlyandiyadan olan Samuli Tıyska və türk Kütay Əryoldaşla birgə dördüncü yarımqrupa düşüb. Hesabatda cəmi qırx beş nəfər iştirak edəcək və onlar fevralın 28-də yüksək yer uğrunda mübarizə aparacaqlar. Birinciliyin ilk günü rəqs və idman cütlükləri buz üstünə çıxacaq və tamaşaçılar və hakimlər qarşısında məcburi rəqs ifa edəcəklər.

Qeyd etmək lazımdır ki, Azərbaycanı Obersdorfda fiqurist Kristina Şlobina da təmsil edir.

Xəbər lenti

Xəbər lenti