...

Azərbaycan cüdoçuları Varşavda dünya Kuboku uğrunda mübarizə aparacaqlar

Cəmiyyət Materials 28 Fevral 2007 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend Z.Səfərov/ Azərbaycanın cüdo üzrə yığmasının liderləri martın 3-də Varşavada dünya Kuboku uğrunda mübarizəyə qatılacaqlar.

Milli yığmanın məşqçisi Ağayar Axundovun Trend ə verdiyi məlumata görə komandaya gənclər arasında dünya birinciliyinin qalibləri Nicat Şıxəlizadə (60 kq), Ramin Qasımov və Elçin İsmaylov (hər ikisi 66 kq), hazırkı Avropa çempionları Elnur Məmmədli və Müseyib Cəfərov (hər ikisi 73 kq), Elxan Rəcəbli və Mehman Əzizov (81 kq), Elxan Məmmədov (90 kq) və 2005-ci il mundialının üçüncüsü Mövlud Mirəliyev (100 kq) daxildir.

Qeyd edək ki, turninrin sonunda Paris Superkubokunda 3 medal qazanmış komanda Polşada qalıb bir neçə ölkədən olan cüdoçuların iştirakı ilə təlim-məşq toplanışlarına qatılacaq.

Xəbər lenti

Xəbər lenti