...

Prokuror Akif Muradverdiyevin məhkəməyə gətirilməsini istəyib

Cəmiyyət Materials 28 Fevral 2007 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bu gün Apellyasiya Məhkəməsində hakim Qayıl Məmmədovun sədrliyi ilə Prezident Aparatı İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Məhkəmədən verilən məlumata görə, dövlət ittihamçısı məhkəmə prosesinin A. Muradverdiyevin iştirakı ilə keçirilməsini xahiş edib. Bu səbəbdən də növbəti məhkəmə prosesi martın 2-ə təxirə salınıb.

Xatırladaq ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Tofiq Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü ilə A. Muradverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

A.Muradverdiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda dövlət əmlakını mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 28.278 (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 28. 220 (kütləvi iğtişaşa hazırlıq) maddələri ilə irəli sürülmüş ittiham üzrə başlanmış cinayət işinin istintaqı isə davam edir.

Hazırda A. Muradverdiyev Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunur.

Xəbər lenti

Xəbər lenti