...

Sərbəst güləş üzrə Azərbaycan komandası Türkiyəyə yola düşüb

Cəmiyyət Materials 1 Mart 2007 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı. Trend müxbir Z.Səfərov. Sərbəst güləş üzrə Azərbaycan komandası martın 3-4-də Türkiyədə keçiriləcək ənənəvi beynəlxalq turnirdə çıxış edəcək. Trend ə verilən məlumata görə, Rövşən Umudovun rəhbərlik edəcəyi kollektivin heyətinə Elşən Mirzəyev (55 kq), Əli İsgəndərov (66 kq), dəfələrlə Olimpia iştirakçısı Elşad Allahverdiyev (74 kq) və Müslüm Müslümov (96 kq) daxil edilib. Bununla bərabər, Bosforun sahillərində bu yaxınlarda Azərbaycan çempionatında uğurla çıxış edən birinci yığmanın bir sıra namizədləri də öz güclərini sınayacaqlar. Gözlənilir ki, pəhlivanların əsas rəqiblərindən biri yarış sahibləri olacaq.

Xəbər lenti

Xəbər lenti