...

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 7 müraciətə baxdı

Cəmiyyət Materials 2 Mart 2007 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının martın 2-də növbəti iclasını keçirilib. MŞ sədrinin müavini Qulu Məhərrəmlinin sədrliyilə düzənlənən tədbirdə Şuraya ünvanlanan 7 müraciətə baxılıb.

Əvvəlcə "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Nizami Bəhmənovun "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin "AzəriTriColor" saytındakı forumda iştirakçıların suallarını cavablandırarkən hadisəni, onun təfərrüatlarını, cinayətin kimlər tərəfindən törədilməsi ilə bağlı fikirlərində ciddi yanlışlıqlara, təhriflərə və iftiralara yol verilməsi barədə iddiası ilə əlaqədar şikayətə baxılıb. Dinləmələr zamanı icma rəhbəri N.Bəhmənov Azərbaycan dövlətinin Xocalı faciəsini soyqrımı kimi tanıdığı, cinayətkarların bəşəri miqyasda ifşası sahəsində aktiv iş aparıldığı vaxtda baş redaktorun dəhşətli hadisəni ermənilərin yox, azərbaycanlılar tərəfindən törədildiyini bildirməsinin geniş etiraz doğurduğunu vurğulayıb. E.Fətullayev isə indiyədək heç bir sayta şikayətdə ifadəsini tapan fikirləri söyləmədiyini, bu kimi halların ona qarşı təxribat olduğunu söyləyib. Komissiya tərəflərin mövqeyini təhlil edərək qənaətə gəlib ki, yaranmış vəziyyətdə saytla və cavablarla bağlı əsl həqiqətlərə aydınlıq gətirilməsi üçün məsələnin müvafiq orqanlarda araşdırılması zəruridir.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin "Alma" qəzetinin 28 yanvar 2007-ci il tarixli sayında dərc olunmuş "Muğamın I qanunu" sərlövhəli yazı ilə bağlı müraciətinin müzakirəsində xalq sənəti ilə bağlı mövqelərin təqdimatında fikir prüralizmi ilə təhqirin bir araya sığmadığı nəşrin təmsilçilərinin nəzərinə çatdırııb.

Digər şikayətlərlə də bağlı müvafiq rəylər çıxarılıb.

Xəbər lenti

Xəbər lenti