...

Ankarada vaxtilə həbs olunmuş azərbaycanlı azadlığa buraxılıb

Cəmiyyət Materials 5 Mart 2007 11:49 (UTC +04:00)

Türkiyə,Ankara/müxbir Trend Ə.Ələsgərov/Ankarada həbs olunmuş və üç həftə istintaq təcridxanasında saxlanılmış E.N.A. günahsız bilinərək azadlığa buraxılıb. Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına əsasən, o, "Baxçelievlər" uşaq evinin qulluqçusu 35 yaşlı Z.Ç.-ni zorlamaq cəhdində, həmçinin 37 yaşlı nəzarətçi M.U.-yə qarşı cinayət törətməkdə günahlandırılıb.

Aparalımış ekspertiza və üzləşdirmə nəticəsində E.N.A.-nın bu cinayətləri törətmədiyi təsdiq olunub. Onun həbsinə səbəb olan amillərdən biri kimi E.N.A-nın Azərbaycan dilində verdiyi ifadələrinin Türkiyə polsi təərfindən düzgün başa düşülməməsi göstərilir.

Qeyd olunur ki, o 5 uşaq atasıdır və iş axtarmaq üçün Türkiyəyə gəlib. Polis əsil cinayətkarın axtaraşını davam etdirir.

Xəbər lenti

Xəbər lenti