...

Azərbaycan səhiyyə nazirinin Türkiyəyə rəsmi səfəri başlayıb

Cəmiyyət Materials 5 Mart 2007 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin bu gün Türkiyəyə rəsmi səfəri başlayıb. Bu barədə Azərbaycanın Türkiyədəki baş konsulu Səyyad Aran məlumat verib. Səfər çərçivəsində O.Şirəliyev türkiyəli həmkarı ilə görüşəcək və ikitərəfli əlaqələrin inkişaf istiqamətləri müzakirə olunacaq. Nazirin Türkiyə universitetlərinin tibb fakültəndə təhsil alan azərbaycanlı tələbələrlə də görüşü nəzərdə tutulur. O.Şirəliyevin səfəri martın 8-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti