...

Novruz bayramı Türkiyədə də qeyd olunacaq

Cəmiyyət Materials 5 Mart 2007 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Novruz bayramı ilə bağlı Türkiyənin İstanbul şəhərində xalq meydan tipli tamaşa nümayiş olunacaq. Azərbaycanın Türkiyədəki baş konsulu Səyyad Aran bildirib ki, Sultan Əhməd Camisi ərazisində "Dədə-Qorqud", "Bahar qızı", "Keçəl" və "Kosa" kimi obrazlar oynanılacaq. Baş konsulun sözlərinə görə, Novruz şənliyinin Sultan Əhməd Camisi ərazisində keçirilməsində məqsəd turistləri Azərbaycanın milli bayramı ilə tanış etməkdir. Tədbirdə Azərbaycanın diaspor təşkilatları, tələbələr, Türkiyənin ictimai-siyasi xadimləri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti