...

MAQATE Xəzərin Azərbaycan hissəsindən götürdüyü analizlərin nəticələrini açıqlayıb

Cəmiyyət Materials 5 Mart 2007 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend E.Hüseynli/Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ötən ilin sonlarında Xəzərin Azərbaycan hissəsində təbii radionuklidlər üzrə götürdüyü analizlərin nəticələrinin bir qismini açıqlayıb. MAQATE-nin Azərbaycan üzrə təmsilçisi, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib ki, analizlər Xəzərin 5 ərazisindən götürülüb və bura bir metrə qədər dib çöküntülərinin analizləri də daxildir. MAQATE-nin Macarıstan və Rumıniya mərkəzlərinin açıqlamalarında Xəzərin Azərbaycan hissəsində radionuklidlərin normada olduğu göstərilib. A.Qəribovun sözlərinə görə, Xəzərin nüvə materialları üzrə analizlərin nəticələri isə yaxın vaxtlarda açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti