...

Ombudıman qadınların cəza çəkdiyi müəssisəyə gedəcək

Cəmiyyət Materials 5 Mart 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Beynəlxalq Qadınlar Günü münasibətilə martın 8-də Ombudsman Elmira Süleymanova qadınlar üçün nəzərdə tutulan 4 saylı cəzaçəkmə müəssisəsində olacaq. Ombudıman qadın məhkumların problemlərini öyrənəcək, onların saxlanma şəraiti, vəziyyətləri ilə tanış olacaq. Bayram münasibətilə məhkum qadınlara tanınmış incənət adamlarının, müğənnilərin iştirakı ilə konsert proqramı təşkil olunacaq. Müəssisə rəhbərliyi tərəfindən məhkum qadınlara bayram süfrəsi açılacaq.

Hazırda Azərbaycanda yeganə olan 4 saylı müəssisədə 238 məhkum qadın cəza çəkir. Məhkum qadınlardan ən cavanı 19, ən yaşlısı ilə 70 yaşındadır. Qadınlar əsasən qəsdən adam öldürmə, dələduzluq və narkotiklərin alqı-satqısı cinayətlərinə görə məhkum olunublar. Məhkumların 28-i əcnəbilərdir. Onlardan 10-u Rusiya, 7-si Gürcüstan, 4 -ü Ukrayna, 2 -sit Özbəkistan, 1-i İran və digər MDB dövlətlərinin vətəndaşlarıdır.

Xəbər lenti

Xəbər lenti