...

Filarmoniyada Qadınlar günü münasibətilə bayram tədbiri keçirilib

Cəmiyyət Materials 6 Mart 2007 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Martın 6-da Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə birgə 8 Mart - Beynəlxalq Qadınlar gününü qeyd edib. Bu münasibətlə M.Moqamayev adına Dövlət Filarmoniyasında əlil qadınların əl işlərindən ibarət sərgi təşkil olunub.

Bayram tədbirində Azərbaycanın hökumət nümayəndələri, nazirlər, komitə rəhbərləri, millət vəkilləri, QHT rəhbərləri, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər. Mərasim iştirakçıları sərgidə əlil qadınların hazırladıqları müxtəlif növ əl işlərinə tamaşa ediblər.

Sonda Filarmoniyanın salonunda konsert verilib.

Xəbər lenti

Xəbər lenti