...

Azərbaycan Teleradio Şurasının sədri: "ANS-in tezliyi üzrə elan olunan tenderdə alternativlik olmasa, nəticələr yenidən ləgv edilə bilər"

Cəmiyyət Materials 7 Mart 2007 15:35 (UTC +04:00)
Azərbaycan Teleradio Şurasının sədri: "ANS-in tezliyi üzrə elan olunan tenderdə alternativlik olmasa, nəticələr yenidən ləgv edilə bilər"

Az?rbaycan, Bak?/ Trend muxbir E.Huseynli/ ANS televiziyası və ANS ÇM radiosunun tezliyi üzrə elan olunan tenderin başa çatmasına 12 gün qalmasına baxmayaraq, tenderdə iştirak etmək üçün müraciət edən olmayıb. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Trend in əməkdaşına bildirib ki, tenderdə alternativlik olmasa, şura üzvləri tenderin nəticələrinin ləgv edilib-edilməməsi məsələsinə baxacaq: "Mövcud qanunvericilik tenderdə alternativlik olmadıgı halda nəticələrin ləgv olunmasını göstərir. Ancaq Teleradio Şurası özü normativ-hüquqi akt qəbul etməklə, alternativsiz tenderin iştirakçısını qalib elan edə bilər".

Xəbər lenti

Xəbər lenti