...

Azərbaycan Bundestaq parlament stipendiyası beynəlxalq proqramına daxil olunub

Cəmiyyət Materials 7 Mart 2007 16:07 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/2008-ci ilin yazından Azərbaycanın 5 gəncinə hər il Bundestaqda təcrübə keçmək imkanı yaradılacaq. Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi Nəsimi Ağayevin məlumatına əsasən, səfirliyin təşəbbüsü ilə Azərbaycan Almaniya Bundestaqının həyata keçirdiyi parlament stipendiyası beynəlxalq proqramına daxil olunub. Gələcək stipendiya alanların seçimi üçün dekabrda Bundestaq nümayəndə heyətinin Bakıya səfəri planlaşdırılır. Diplomatın sözlərinə görə, alman dilini mükəmməl bilən beş azərbaycanlı tələbə ilə müsahibənin nəticələrinə əsasən, onlar 2008-ci il martın 1-dən başlayaraq beş ay ərzində proqramda iştirak edə bilər. Təcrübə keçənlər üç ay ərzində Bundestaq deputatlarının yanında təcrübə keçəcək, sonra Almaniyanın universitet və fondlarında keçiriləcək müxtəlif seminar və treninqlərdə iştirak edəcəklər. Bütün xərclər Bundestaq tərəfindən ödənilir.

Azərbaycanın proqramda iştirakı məsələsi Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovun proqramın koordinatoru, Almaniya Bundestaqının üzvü Volfanq Bernsenlə görüşü zamanı müzakirə edilib.

N.Ağayevin sözlərinə görə, proqramda iştirak etmək arzusunda olanlar Almaniyanın Azərbaycandakı səfirliyinə müraciət etməlidir.

Xəbər lenti

Xəbər lenti