...

Azərbaycanda "Məhkəmə prosesi zamanı işgəncə faktlarının monitorinqi" layihəsinin icrasına başlanılıb

Cəmiyyət Materials 9 Mart 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanın İşgəncələr Əleyhinə Komitəsi məhkəmə prosesləri zamanı işgəncə faktlarının araşdırılması vəziyyətini öyrənmək üçün monitorinqlərə başlayıb. Komitənin sədri Elçin Behbudov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, işgəncə faktlarına əksər hallarda ibtidai istintaqda rast gəlinir. Məhkəmə araşdırması zamanı təqsirləndirilənlər onlara verilən işgəncələr barədə məlumat versə də, məhkəmələr işgəncələrə göz yumur və bu faktları araşdırmırlar.

Monitorinq birinci instansiya məhkəmələrində, Apellyasiya və Ali məhkəmələrində aparılacaq. Məhkəmə prosesləri zamanı işgəncə faktlarının məhkəmələr tərəfindən araşdırması aparılmayacağı təqdirdə, yuxarı instansiyalara müraciət olunacaq. Monitorinqin nəticələri barədə beynəlxalq təşkilatlara da müraciət olunacaq. Monitorinq zamanı toplanmış materiallar kitab şəklində çap olunaraq aidiyyatı qurumlara təqdim olunacaq. E. Behbudov monitorinqlərin keçirilməsinə icazə verilməsi üçün Ali Məhkəmənin sədri Ramiz Rzayevə də müraciət edib. 6 ay davam edəcək bu layihə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti