...

İspaniyada su problemləri üzrə mütəxəssislər toplaşacaq

Cəmiyyət Materials 10 Mart 2007 11:37 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend M.Kərimova/12-13 mart tarixində İspaniyanın Saraqoza şəhərində ATƏT-in su resurslarının idarə olunması problemi üzrə konfrans keçiriləcək. Forumun işində Azərbaycandan da 4 nümayəndə, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Meliorasiya və su təsərrüfatı" ASC və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək.

Nümayəndə heyətinin üzvlərindən "Rüzgar" QHT-nin rəhbəri İslam Mustafayevin Trend ə verdiyi məlumata əsasən, bu, mayın sonunda Praqada keçiriləcək ATƏT-in ətraf mühit üzrə XV Forumuna hazırlıq üçün ikinci konfransdır. Konfransda bütün Avropa ölkələri, həmçinin şərqi Avropa, Qafqaz və Orta Asiyanın mütəxəssisləri iştirak edəcək.

Azərbaycanlı mütəxəssislər beynəlxalq forumun diqqətini Cənubi Qafqazda, o cümlədən yerüstü suların 70%-nin tranzit çayların hesabına formalaşan Azərbaycan Respublikasının transsərhəd sularının problemlərini çatdırmağa çalışacaq, deyə İ.Mustafayev bildirib. O, xüsusi olaraq vurğulayıb ki, qonşu Gürcüstan ərazisindən təmizlənməmiş böyük miqdarda suların axıdılması ilə əlaqədar Kür çayında ekoloji vəziyyət gərgindir.

Həmçinin qeyd edək ki, ATƏT-in ətraf mühit üzrə XV Forumuna ilk hazırlıq konfransı 16-17 noyabr 2006-ci il tarixində Bişkekdə keçirlib və yerin deqradasiyası və torpağın çirkləndirilməsi məsələlərinə həsr olunub.

Xəbər lenti

Xəbər lenti