...

Voleybolçular Aksana Quliyeva və Valeriya Korotenko "Volero"ya birləşiblər

Cəmiyyət Materials 10 Mart 2007 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Azərbaycan voleybolçulars Aksana Quliyeva və Valeriya Korotenko "AzərReyl"dən icarəyə verilən İsveçrə klubu "Volero"ya birləşiblər.

Trend in verdiyi məlumata görə, vizanın alınması vacibliyilə bağlı məcburi fasilədən sonra oyunçular artıq Sürix yığma klublarında məşqlərə başlayıblar. Bundan başqa idmançıların müqaviləylə bağlı bütün təfsilatları artıq qaydaya salınıb, buna görə də indi Aksana və Valeriyaya İsveçrədə çempionatdakı yaxınlaşan oyunlara hazırlaşmaq üçün artıq heç nə mane olmur.

Qeyd etmək lazımdır ki, voleybolçuların keçidində son illər "Volero" və "AzərReyl"in öz aralarında yoluna qoyduqları mehriban əlaqələr çox böyük imkan yaradıb.

Xəbər lenti

Xəbər lenti