...

Azərbaycanın Gəncə şəhərində hakimlər üçün seminar keçirilib

Cəmiyyət Materials 10 Mart 2007 14:21 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V. Məmmədov/ Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının (MHŞ) təşkilatçılığı ilə bu gün Gəncədə Azərbaycanın Qərb bölgəsinin hakimləri üçün seminar keçirilib. Ali Məhkəmənin 3 hakimi və MHŞ-nın aparat işçilərinin keçirdiyi seminarda Qərb bölgəsinin 26 hakimi iştirak edib. Seminarda hakimlərin problemləri də dinlənilib. Toplantıda Qərb bölgəsində hakimlərin sayının artırılması təklif olunub və təklif müsbət qarşılanıb.

Xəbər lenti

Xəbər lenti