...

Azərbaycan XİN rəhbəri insan haqlarının vəziyyətinə dair BMT-nin sessiyasında çıxış edəcək

Cəmiyyət Materials 13 Mart 2007 13:15 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bu gün Cenevrədə keçirilən BMT-nin insan haqları üzrə Şurasının sessiyasında iştirak edəcək. Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata əsasən, nazir sessiyada insan haqlarının təmin olunması ilə bağlı məruzə ilə çıxış edəcək, sessiya iştirakçılarını bu sahədə ölkədə aparılan islahatlarla bağlı məlumatlandıracaq. BMT Baş Assambleyasının köməkçi orqanı olan insan haqları üzrə Şura BMT-nin insan haqları üzrə Komissiyasının əvəzinə yaradılıb. Azərbaycan 2006-cı ildən Şuranın üzvüdür.

Sessiyada iştirak çərçivəsində Azərbaycan XİN rəhbəri Ermənistanın xarici işlər naziri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti