...

Azərbaycan Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv edib

Cəmiyyət Materials 13 Mart 2007 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə icraatı üzrə martın 12-də növbəti açıq məhkəmə iclası keçirilib.

İclasda Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 2 may tarixli qətnaməsinin və Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 3 avqust tarixli qərarının Azərbaycan Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılması barədə Cavid İsmayılzadənin şikayəti ilə bağlı konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə A.Hüseynova və F.Rəsulovanın İsmayılzadəyə qarşı iddia tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 26 avqust tarixli qərarı, eləcə də bu qərara əsasən çıxarılmış Səbail Rayon Məhkəməsinin 2006-cı il 9 fevral tarixli qətnaməsi, Apellyasiya Məhkəməsinin 2006-cı il 2 may tarixli qətnaməsi və Ali Məhkəmənin 2006-cı il 3 avqust tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilib.Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə A.Hüseynova və F.Rəsulovanın İsmayılzadəyə qarşı iddia tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 26 avqust tarixli qərarı, eləcə də bu qərara əsasən çıxarılmış Səbail Rayon Məhkəməsinin 2006-cı il 9 fevral tarixli qətnaməsi, Apellyasiya Məhkəməsinin 2006-cı il 2 may tarixli qətnaməsi və Ali Məhkəmənin 2006-cı il 3 avqust tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilib.

Xəbər lenti

Xəbər lenti