...

AOK başçısının Azərbaycana səfəri aprel ayında olacaq

Cəmiyyət Materials 14 Mart 2007 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Avropa Olimpiya Komitəsinin (AOK) başçısı Patrik Xikkin Azərbaycana səfəri martdan aprel ayına keçirildi. Ölkənin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin Trend ə verdiyi məlumata görə, ali qonaq Bakıya yaz fəslinin ikinci ayının birinci ongünlüyündə gəlməyi planlaşdırır. Keçən il AOK-in başçısı seçilən Xikki, əvvəlcə fevral ayının əvvəllərində paytaxta gəlmək istəyirdi, sonra səfərin vaxtı marta dəyişdirildi, bundan sonra isə AOK və Azərbaycan MOK-in rəhbərləri aprel ayına qərarlaşdılar.

Xikkin Bakıya gəlişi işgüzar əhəmiyyət daşıyır - o Azərbaycan prizidenti İlham Əliyevlə görüşməyi planlaşdırır, bundan sonra isə Masallıda Olimpiya Kompleksinin təntənəli asçılış mərasimində iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti