...

AŞ İnsan Haqları üzrə Komissarı Tomas Hammerbergin Bakıya səfəri təxirə salınıb

Cəmiyyət Materials 14 Mart 2007 14:52 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Avropa Şurasının İnsan Haqları Ofisindən Trendin müxbirinə verilən məlumata görə, AŞ İnsan Haqları üzrə Komissarı Tomas Hammerbergin Bakıya səfəri təxirə salınıb.

Səfərin tə`xirə salınma səbəbinin bildirilmədiyi məlumatda, səfərin hansı tarixə ertələndiyi haqqında da hər hansı bir informasiya yoxdur.

Hammerberg martın 20-də uşaq hüquqları ilə bağlı keçiriləcək konfransda iştirak etmək üüün Polşaya gedəcək, sonra da martın 22-23 arası San-Marinoda səfərdə olacaq.

Xatırlatmaq lazımdır ki, bu səfərlərdən sonra İnsan Haqları Komissarının 26-28 mart tarixlərində də Bakıya səfər edəcəyi gözlənilirdi.

Xəbər lenti

Xəbər lenti