...

Praqa 2016-cı il olimpiadasını təşkil etmək hüququ uğrunda mübarizədə Bakıya rəqib ola bilər

Cəmiyyət Materials 14 Mart 2007 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Praqa Yay Olimpiadası -2016-nı təşkil etmək hüququ uğrunda mübarizədə Bakıya rəqib ola bilər. Sportcom.ru saytına istinadən Trend in verdiyi məlumata görə, Çexiyanın paytaxtı Praqa meriyasının qəbul etdiyi qərara müvafiq olaraq 2016 və ya 2020-ci illərin oyunlarının təşkilinə iddia edir. "Biz olimpiadanın keçirilməsi barədə ərizə hazırlanmasının hazırlıq prosesinə başlayırıq", - deyə şəhər meri Pavel Bem bildirib.

Bu, artıq Praqanın Yay Olimpiadasını keçirmək üçün 4-cü cəhdidir. Birinciyə keçən əsrin 20-ci illərində təşəbbüs edilmişdi, ancaq bu zaman xüsusi müvəffəqiyyət qazanılmamışdı. Əgər Praqa Olimpiada - 2016 -nın təşkilinə ərizə vermək barədə qərar qəbul etsə, onda rəqabət daha da güclənəcək. Xüsusən də mübarizəyə qoşulmaq niyyəti barədə Madrid, Tokio, Milan, Rim, Çikaqo, Vaşinqton və başqa şəhərlər də ərizə verib.

Xəbər lenti

Xəbər lenti