...

Jurnalistlərin məhkəmə vaxtı müəyyən olunub

Cəmiyyət Materials 15 Mart 2007 11:41 (UTC +04:00)

Azərbaycan,Bakı /müxbir Trend K.Zərbalıyeva/Səbayel rayon məhkəməsində hakim Yusif Kərimovun sədrliyi ilə martın 19-da yazar Rafiq Tağı və "Sənət qəzeti"nin baş redaktoru Samir Sədaqətoğlu barəsindəki cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.

"Sənət qəzeti"nin ötən ilin noyabrındakı saylarının birində Rafiq Tağının müəllifi olduğu "Avropa və biz" yazısında Məhəmməd Peyğəmbər və İslam dini barəsində təhqiramiz ifadələrə yol verildiyi üçün müəllif və qəzetin baş redaktoru Sədaqətoğluna Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə təqsirləndirilən şəxs qismində həbs olunublar. İstintaq yekunlaşandan sonra cinayət işi baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilsə də, hazırlıq iclasının qərarı ilə iş "Sənət qəzeti"nin yerləşdiyi ünvan üzrə Səbayel rayon məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti