...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Nyu-Yorka dəvət alıb

Cəmiyyət Materials 15 Mart 2007 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə "Vicdanın çağırışı" Beynəlxalq Fondunun martın 27-də Nyu-York şəhərində keçirəcəyi illik toplantıya dəvət alıb. Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

ABŞ-da 1965-ci ildə yaradılmış "Vicdanın çağırışı" Beynəlxalq Fondu dünyada dini etiqad azadlığı və insan hüquqların təmini istiqamətində fəaliyyət göstərir. Fond Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

Xəbər lenti

Xəbər lenti