...

Gürcüstanın Acarıstan muxtar respublikası Azərbaycan televiziyasında 80 dəqiqə vaxt alacaq

Cəmiyyət Materials 16 Mart 2007 10:20 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Gürcüstanın Acarıstan muxtar respublikasının turizm və kurort üzrə departamenti Azərbaycan televiziyasında 80 dəqiqə vaxt alacaq. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbiri məlumat verib.

Acarıstanın turizm və kurort üzrə departamenti bu vaxtı Acarıstan haqqında turistik reklamın buraxılması üçün alacaq.

Departament sədri Temur Diasamidzenin Trend ə bildirdiyinə görə, reklam üçün vaxt həmçinin birliyin digər dövlətləri, həmçinin Ermənistan və Ukrayna televiziyalarında da alınacaq. Onun sözlərinə görə, departament Acarıstana çoxlu sayda turist cəlb edəcəyinə ümid edir.

Xəbər lenti

Xəbər lenti