...

BƏƏ-də həbs olunan Azərbaycan vətəndaşları ekstradisiya olunacaq

Cəmiyyət Materials 16 Mart 2007 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycanın Ədliyyə Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində həbs olunmuş 2 nəfər Azərbaycan vətəndaşının ekstradisiyası ilə bağlı həmin ölkənin müvafiq qurumuna müraciət edib. Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarov Trend ə bildirib ki, həmin şəxslər insan alveri və dələduzluq cinayətlərinə görə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışdadırlar. Hazırda onların Azərbaycana ekstradisiyası üçün müvafiq tədbirlər görülür və yaxın gələcəkdə bu proses həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti