...

Rusiya həbsxanalarında saxlanılan 35 azərbaycanlı vətənə gətirilib

Cəmiyyət Materials 16 Mart 2007 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Ötən il Rusiyanın həbsxanalarında saxlanılan 35 azərbaycanlı məhkum cəzasını çəkmək üçün Azərbaycana gətirilib. Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarov bildirib ki, hazırda Dərbənddəki təhvilgötürmə məntəqəsində daha bir neçə azərbaycanlı məhkum saxlanılır və yaxın günlərdə onlar da cəza çəkmək üçün Azərbaycana təhvil veriləcək.

Qafarov Azərbaycan vətəndaşlarının cəza çəkdiyi ölkələr sırasında Rusiyanın birinci olduğunu deyib. Onun sözlərinə görə, bu ölkədən Azərbaycana cəzasını çəkmək üçün gəlmək istəyən vətəndaşlarımızdan rəhbəri olduğu quruma çoxsaylı müraciətlər daxil olub: "Onların verilməsi üçün işlər aparılır. Bu işi sürətləndirmək üçün hər iki qurumun nümayəndələri arasında görüşlər keçirilib, danışıqlar aparılıb. Rusiyada məhkumların cəza çəkməsi üçün öz ölkəsinə verilməsi məhkəmə qərarı ilə həyata keçirilir. Məhkəmə qərarının qəbul olunması və bizə göndərilməsi uzun vaxt aparır. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olur. Rusiyanın Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüşlərimizdə bu məsələni müzakirə etmişik və işin sürətləndirilməsi barədə razılığa gəlmişik".

Xəbər lenti

Xəbər lenti