...

Taekvando üzrə Avropa çempionu İlkin Şahbazov mundiala bərpa oluna bilər

Cəmiyyət Materials 16 Mart 2007 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Dizindən aldığı zədədən sonra bərpa olunan taekvando üzrə Avropa çempionu İlkin Şahbazov Pekində keçiriləcək Dünya çempionatında iştirak edə bilər.

Milli taekvando Federasiyasının vitse-prezidenti Füzuli Musayevin Trend ə verdiyi məlumata görə, idmançının yarası analoji halla qarşılaşan yığmanın liderlərindən biri Niyaməddin Paşayevin zədəsi ilə müqayisədə az ciddi olub. O da İlkin kimi bu yaxınlarda Türkiyədə cərrahiyyə əməliyyatı keçirib. "Ola bilər ki, Şahbazov Pekində keçiriləcək Dünya çempionatına gücünü toplaya bilsin, xüsusən də bizim hələ ehtiyatda yarım ay vaxtımız var. O vaxtadək idmançı özünü bərpa edə bilməsə, Mundialda Azərbaycan çempionatının finalçısı Tural Vəlibəyov iştirak edə bilər. Hər halda Paşayev və Şahbazovun tezliklə sağalacaqlarına ümid etmək və onlara yeni güclü qələbələr arzulamaq qalır" - deyə Musayev bildirib.

Xəbər lenti

Xəbər lenti