...

ATƏT Azərbaycanda korrupsiya ilə mübarizə mərkəzi açdı

Cəmiyyət Materials 16 Mart 2007 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə Şəki şəhərində Korrupsiya əleyninə Hüquqi Yardım Mərkəzi açılıb. Bu barədə məlumatı ATƏT-in Bakı ofisi yayıb.

Mərkəz Transparency Azerbaijan QHT-si ilə birgə yaradılıb. Bakı, Gəncə, Quba və Lənkəranda da dörd belə mərkəzin açılışı planlaşdırılır.

"Korrupsiya bazar iqtisadiyyatının effektiv fəaliyyətinə mane olur və cəmiyyətin daha həssas qruplarına ədalətsiz iqtisadi yük qoyur"- deyə ATƏT-in Bakı ofisinin rəhbəri səfir Xose Luis Herrero bildirib.

Onun sözlərinə görə, mərkəz yerli səviyyədə meydana çıxan məsələlərlə məşğul olunması və sadə adamlara korrupsiya əleyhinə mübarizədə yardım edilməsi üçün konkret alət olacaq.

Mərkəzdə yaradılmış pulsuz qaynar xətt qurbanlara korrupsiya halları barədə məlumat verməyə və onlara öz hüquqları barədə hüquqi yardım almağa kömək edəcək. Korrupsiya əleyhinə hüquqi yardım mərkəzi eyni zamanda vətəndaşlara şikayətlərin tərtib olunmasına, hakim dairələrə şikayətlərə baxma prosesinin gücləndirilməsinə yardım və ictimai idarəetmə sisteminə bu yaxınlarda qəbul edilmiş korrupsiya əleyhinə qanunvericiliyə dəstəyi təmin edəcək.

Xəbər lenti

Xəbər lenti