...

Sankt-Peterburqda 123 nəfər Azərbaycan vətəndaşına pasport verilib

Cəmiyyət Materials 17 Mart 2007 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda 123 Azərbaycan vətəndaşına pasport verilib. Bu barədə Baş Konsulluqdan məlumat verilib.

Baş Konsulluqda Sankt-Peterburq şəhərində və Leninqrad vilayətində yaşayan soydaşlarımıza Azərbaycan Respublikasının pasportlarının təqdim edilməsi mərasimi keçirilib. Bu diplomatik nümayəndəlikdə ilk dəfə vətəndaşlara pasport verilib.

Xəbər lenti

Xəbər lenti