...

Peşəkar boksçu Əli İsmayılov VadimTokarevə qarşı revanş yarışı barədə fikirləşir

Cəmiyyət Materials 17 Mart 2007 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Peşəkar boksçu Əli İsmayılov rusiyalı Vadim Tokarevə qarşı revanş yarışı keçirməyi planlaşdırır. Qeyd edək ki, bu onun peşəkar rinqdə yaşadığı yeganə məğlubiyyətdir.

İdmançının Trend ə etiraf etdiyi kimi, vziuxbcb Aleksandr Yaqubov hesab edir ki, bu görüş üçün vaxt hələ yetişməyib. "Vadim peşəkar rinqdə çox böyük təcrübəyə malikdir və aparıcı mövqe tutur. Digər tərəfdən, onunla görüş üçün mənə təkcə WBO Latino kəmərini yox, WBA titulunu da əldə etmək vacibdir, ona görə ki, rəqibin də mənimlə görüşə marağı olsun. Buna görə də mənim Vadimlə döyüşüm gələcəyin işidir və inanıram ki, bu baş tutacaq " - deyə Əli qeyd edib.

Qeyd etmək lazımdır ki, bu mövsüm İsmayılov 5 təkbətək reytinqli görüş keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti