...

İqtisadi İnkişaf Nazirliyinin sektor müdiri ailəsi ilə birgə yol qəzasında həlak olub

Cəmiyyət Materials 19 Mart 2007 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Məmmədov/ İqtisadi İnkişaf nazirliyinin Dövlət Əmlakının İdarə edilməsi Komitəsinin özəlləşdirmə sektorunun müdiri Arif Mansurov martın 17-də ailəsi ilə birgə yol qəzasında həlak olub. Mansurov Mingəçevir şəhərindən yas yerindən qayıdarkən idarə etdiyi "VAZ 2107" markalı avtomobil Bakı-Şamaxı yolunun 185-ci kilometrliyində "Mersedes"lə toqquşub. Nəticədə özü, həyat yoldaşı, 6 və 10 yaşlı uşaqları həlak olublar. Qəzada "Mersedes"dəki 2 sərnişin də həlak olub.

Mərhumların cənazəsi dünən Cəlilabad rayonunun Alaqardaşlı kəndində dəfn olunub.

Faktala bağlı cinayət işi açılıb və istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti