...

Sabiq səhiyyə naziri aclığı dayandırıb

Cəmiyyət Materials 19 Mart 2007 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Külli miqdarda dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-sitifadədə ittiham olunan keçmiş səhiyyə naziri Əli İnsanov müvəqqəti olaraq aclıq aksiyasını dayandırıb. Bu barədə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bu gün keçirilən prosesdə sabiq nazir məlumat verib.

İnsanov bu qərarını dünən onun tələblərindən birinin yerinə yetirilməsi ilə izah edib. O bildirib ki, bazar günü həbsdə saxlandığı MTN-in İstintaq Təcridxanasında vəkili ilə görüşünə şərait yaradılıb.

Sabiq nazir gələcəkdə vəkilləri ilə görüşə icazə verilməyəcəyi təqdirdə müddətsiz aclıq aksiyasına başlayacağını bəyan edib

Xəbər lenti

Xəbər lenti