...

Azərbaycanda "Ailə zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi hazırlanıb

Cəmiyyət Materials 19 Mart 2007 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Ailə zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi hazırlayıb. Martın 19-da qanun layihəsinin ictimai müzakirəsini təşkil etmək üçün dəyirmi masa keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirdə bildirib ki, layihənin yekun variantı Avropa Şurasının ekspertizasından keçiriləcək.

Dövlət Komitəsinin hüquqşünası Rahim Rahimov qeyd edib ki, qanun layihəsi ailə-məişət zorakılığının növləri, qarşısının alınması yolları, bu sahədə fəaliyyət göstərən dövlət orqanları barədə məlumatları əhatə edir.

Sənədin ictimai müzakirəsində iştirak edən QHT rəhbərləri qanunla bağlı öz təkliflərini səsləndiriblər.

Xəbər lenti

Xəbər lenti