...

İspaniyanın Lloret de mar şəhərinin meriyasında Novruz bayramı münasibətilə tədbir keçiriləcək

Cəmiyyət Materials 19 Mart 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İspaniyanın Lloret de mar şəhərinin meriyasında Novruz bayramı münasibətilə bayram tədbiri keçiriləcək. Bu barədə İspaniyadakı Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri Cavid Səmədov məlumat verib.

Tədbirdə Barselona şəhərinin meri Xavier Crespo, Kataluniya parlamentinin deputatı Juan Luis, Türkiyədən, Rusiya və Gürcüstandan iş adamlarının, Azərbaycandan Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi əmakdaşının, yerli media orqanlarının iştirakı nəzərdə tutulur.

Bayram tədbiri martın 21-də saat 19-00-da meriyanın binasında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti