...

Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri sabiq səhiyyə naziri ilə görüşüb

Cəmiyyət Materials 19 Mart 2007 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bu gün Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında sabiq səhiyyə naziri Əli İnsanovla görüşüb. Behbudov bildirib ki, sabiq nazir saxlanma şəraitindən və təcridxanada ona olan münasibətdən şikayət etməyib.

İnsanov məhkəmənin qərəzli aparılmasından şikayət edib. Qeyd edib ki, məhkəmə prosesi zamanı ona vəkillərlə görüşə icazə verilmir. Aclıq aksiyası keçirməsi ilə bağlı məsələyə aydınlıq gətirən İnsanov deyib ki, o, İstintaq Təcridxanasında aclıq keçirmir. Vəkillərin proses zamanı onunla görüşünə icazə verilməməsinə etiraz olaraq proses zamanı aclıq edib.

Sabiq nazir bel ağrılarından, qan təzyiqindən, şəkərli diabetdən əziyyət çəkdiyini bildirib.

Həmin gün Behbudov vətənə xəyanətdə ittiham olunan Səid Dadaşbəyli ilə onun ailəsinin müraciəti əsasında görüşüb. Dadaşbəyli də saxlanma şəraitindən şikayət etməyib. Özünü elan olunan ittiham üzrə təqsirli bilməyən Dadaşbəyli əsassız həbs olunduğunu deyib.

Xəbər lenti

Xəbər lenti