...

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq rəis müavini hökmdən apellyasiya şikayəti verib

Cəmiyyət Materials 27 Mart 2007 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq rəis müavini Gülməmməd Məmmədov barəsindəki hökmdən apellyasiya şikayəti verib. Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Eynulla Vəliyev Trend ə bildirib ki, Məmmədovla bərabər eyni cinayət işi üzrə təqsirləndirilmiş Penitensiar Xidmətin İntendant-Təchizat və Ticarət Bazasının sabiq rəisi Cavanşir Cabbarov, Bazanın sabiq mühasibləri Rafiq Cəfərov, Elman Məmmədov və daha bir neçə nəfər barələrində çıxarılmış hökmdən narazıdırlar və məhkəməyə apellyasiya şikayətləri veriblər. Hakim bildirib ki, gələn həftə təqsirləndirilənlərin şikayətləri Apellyasiya Məhkəməsinə göndəriləcək.

Cabbarov və Gülməmmədov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə),309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirli bilinərək 12, Cəfərov və Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Dəstənin 20 üzvü isə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilərək müxtəlif müddətlərə azadlıqdan məhrum olunublar.

Xəbər lenti

Xəbər lenti