...

"Nota bene" qəzeti əməkdaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi baş tutmayıb

Cəmiyyət Materials 27 Mart 2007 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Bu gün Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə "Nota bene" qəzetinin əməkdaşı Fərəməz Novruzoğlunun və qəzetin baş redaktoru Sərdar Əlibəylinin apellyasiya şikayəti üzrə məhkəmə iclası təxirə salınıb. Hakim Hüseynov Trend ə bildirib ki, proses aprelin 3-ə təyin olunub. Prosesin baş tutmamasına səbəb isə təqsirləndirilənlərin vəkillərinin iclasda iştirak etməməsi olub. İclasda iş üzrə məhkəmə prosesinin martın 27-də keçirilməsi barədə qərar qəbul edlib.

Novruzoğlu və Əlibəyli Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli biliniblər. Nərimanov rayon məhkəməsi daxili işlər naziri Ramil Usubovun və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun iddiaları əsasında Novruzoğlunu 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Əlibəylini isə 6 ay müddətinə islah işlərinə məhkum edib.

Xəbər lenti

Xəbər lenti