...

Gəncənin sabiq polis rəisinin kassasiya şikayətinə baxılacaq

Cəmiyyət Materials 27 Mart 2007 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Gəncənin sabiq polis rəisi Natiq Əfəndiyev barəsindəki hökmdən verilən kassasiya şikayətinə hakim Vidadi Həşimovun sədrliyi ilə aprelin 17-də baxılacaq. Bu barədə Trend ə vəkil Vüqar Xasayev məlumat verib.

Daşkəsən rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 228.2-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə ittiham olunan N. Əfəndiyevə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Apellyasiya Məhkəməsi hökmdən verilən apellyasiya şikayətini təmin etməyib və hökmü qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti