...

Finllandiyanın futbol üzrə yığması Azərbaycana gəlib

Cəmiyyət Materials 27 Mart 2007 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Finlandiyanın futbol üzrə yığması martın 28-də Avro-2008 çempionatının seçmə oyunlarında Azərbaycana qarşı oyundan bir gün əvvəl Bakıya gəlib. Trend xəbər verir ki, komanda T.Bəhramov adına stadionda artıq bir məşq keçirib, bu gün də ölkənin əsas idman arenasında məşqlərini davam etdirəcək.

Qonaqların heyətində itki yoxdur və demək olar ki, skandinaviyalılar öz döyüş heyətkzhini gətiriblər. Nəzərə alsaq ki, finlər "A" qrupunda Polşadan iki xal geridə qalmaqla liderliklərin itiriblər, onda Avro-2008-də iştirak etmək üçün Bakıda qələbə çalmaq qonaqlar üçün vacibdir.

Xatırladaq ki, ötən həftə Şahin Diniyevin yetirmələri Polşa ilə oyunda 5:0 hesabı ilə məğlub olub.

Xəbər lenti

Xəbər lenti