...

Belelüks azərbaycanlıları qondarma "erməni soyqırımına" etiraz mitinqinə qatılacaqlar

Cəmiyyət Materials 27 Mart 2007 19:11 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Belçikanın paytaxtı Brüsseldə fəaliyyət göstərən Benelüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurası (BATƏŞ) aprelin 14-də "Tələt Paşa Komitəsi" təşkilatının qondarma "erməni soyqırımı"nın Fransa və ABŞ parlamentlərində tanınmasına etiraz olaraq təşkil edəcəyi mitinqdə iştirak edəcək. Bu barədə Trendin müxbirinə məlumat verən BATƏŞ-in fəxri prezidenti, Azərbaycanın Benelüks (Belçika, Hollandiya, Lüksemburq) üzrə səfirliyinin birinci katibi Fuad Hümbətov Fransada və Avropanın digər ölkələrində yaşayan azərbaycanlıları Parisin məşhur Bastiliya meydanında keçiriləcək mitinqdə iştirak etməyə çağırıb.

Yaxın vaxt ərzində təşkil edəcəkləri digər tədbirlərə də toxunan Hümbətov martın 29-da Hollandiyanın Haaga şəhərində BATƏŞ-in təsisçilərindən biri olan Avrasiya fondunun sədri Fatma Aktaşın təşkilatçılığıyla Novruz bayramı və onun tarixi-mədəni əhəmiyyətiylə bağlı geniş tədbir keçirəcəklərini bildirib.

Xəbər lenti

Xəbər lenti