...

"Xəzər" futbol klubu kadr problemi yaşayır

Cəmiyyət Materials 27 Mart 2007 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ "Xəzər" futbol klubu ölkə çempionatının növbəti turu ərəfəsində itki ilə üzləşib.

Komandanın baş məşqçisi Ağasəlim Mircavadovun Trend ə verdiyi məlumata görə, praktiki olaraq, demək olar ki, zədədən müalicə olunan legioner Edmond N'Tiamoaxanın xidmətlərindən istifadə edə bilməyəcək. Forvard İsveçrədə müalicə kursu qəbul etsə də , hələ ki, onun tam sağalmasını söyləmək tezdir. Həmçinin ölkə çempionatının start oyununda zədə almış yarımmüdafiəçi Rəşad Kərimov lənkəranlılara may ayından tez kömək edə bilməyəcək.

Xatırladaq ki, "Xəzər" turnir cədvəlində liderliyini itirərək aşağı pilləyə düşüb. "Neftçi" isə rəqibinin qeyri-stabil oyunundan istifadə edərək yuxarı pilləyə yüksəlib.

Xəbər lenti

Xəbər lenti